Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, Rafael Hüseynov ikinci, üçüncü və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, 1993-cü ildən bəri AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. Bizim.Media