Digər

Konfrans Liqası: "Sabah" azlıqda qaldı (YENİLƏNİR)

"Sabah" bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sent-Patriks Atletik"lə səfərdə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu İslandiyadan olan hakimlər briqadası idarə edəcək.  Bu cütün qalibi pley-offda "Saburtalo” (Gürcüstan) - "Başakşəhər” (Türkiyə) cütünün güclüsü ilə üz-üzə gələcək.  Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 15-də olacaq. Konfrans Liqası III təsnifat mərhələsi İlk oyun 8 avqust 22.45 Sent-Patriks Atletik (İrlandiya) - Sabah (Azərbaycan) 1:0 Qol: Romal Palmer, 35. Qırmızı vərəqə: İvan Lepinitsa, 53 (Sabah). Sent-Patriks: 94. Jozef Ananq, 21. Aksel, Sjöberq, 5. Tom Qrivosti, 4. Jozef Redmond, 3. Antoni Breslin, 6. Lami Lennon, 8. Kris Forrester, 17. Romal Palmer, 20. Cek Mulraney, 18. Aydan Kina, 26. Zaxari Elbuzedi. Ehtiyat oyunçular: 1. Daniel Rocers, 9. Meyson Melia, 10. Kian Levi, 11. Ceyson Makklilland, 14. Brendon Keyvinic, 16. Aaron Bolcer, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklauclin, 24. Luk Törner, 30. Al-Amin Kazeem, 31. Maykl Nuunan. Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 70. Cesse Sekidika, 13. İvan Lepinitsa, 20. Coy Lens-Mikels, 11. Kahim Parris, 18. Pavol Şafranko. Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Anatoli Nuriyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Nyeqos Kupusoviç. Hakimlər: Vilhjalmur Thorarinsson, Gilfi Mar Siqurdson, Birkir Siqurdarson, Helqi Mikael Conasson (İslandiya). "Tallayt Stadium", Dublin.