Siyasət

Keçmiş nazir səlahiyyətlərinin icrasını dayandırdı

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb. Qaynarinfo unikal.az-a istinadən xəbər verir ki, rektor öz hesabına məzuniyyətə çıxıb. Onun vəzifəsini akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov icra edir. Qeyd edək ki, H.Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədidir.