“Mançester Siti” penaltilər seriyasında “Mançester Yunayted”i məğlub edərək İngiltərə super kubokunun qalibi olub. Bizim.Media xəbər verir ki, hesabı 82-ci dəqiqədə “Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço açıb. Matçın 89-cu dəqiqəsində Bernardo Silva hesabı bərabərləşdirib. Penaltilər seriyası 7:6 hesabı ilə şəhərlilərin xeyrinə başa çatıb. Bununla da, “Mançester Siti” super kubokun qalibi olub. Rəşad Rafiqoğlu, Bizim.Media