Amerikanın hazırkı lideri Co Bayden prezident seçkilərində iştirak etməmək qərarını respublikaçı Donald Trampın qələbəsinin qarşısını almaq istəyi ilə izah edib. Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Bayden bu barədə CBS telekanalına müsahibəsində deyib. “Ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Biz Trampı məğlub etməliyik”, – deyə siyasətçi qeyd edib. Bundan əvvəl Bayden xalqa müraciətində yeni prezidentlik müddətinə layiq olduğunu bildirmişdi. Bizim.Media