Digər

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, avqustun 12-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Bizim.Media