İranın Bəndər Gənavə şəhərinin başçısı və şəhər Bələdiyyəsinin üç işçisi dünən saxlanılıb. Bizim.Media “Mehr News”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Buşehr əyalətinin Ədliyyə Baş İdarəsinin rəisi Mehdi Mehrəngiz yayıb. Onun sözlərinə görə, şəhər başçısı və üç bələdiyyə işçisi rüşvət almaqda günahlandırılıb. Bildirilib ki, Buşehr əyalətindən kənarda bu cinayət işi ilə bağlı olan daha bir nəfər barəsində də həbs qərarı çıxarılıb. Bizim.Media