Siyasət
Ən çox və ən az namizədin yarışdığı dairələr
Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.
Modern.az-ın məlumatına görə, 125 seçki dairə arasında ən çox və ən az namizədlərin olduğu yerlər isə artıq bəllidir.
Belə ki, ən çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Bu dairədə 13 deputatlığa namizəd qeydə alınıb.
Ən az namizədin qeydə alındığı dairələr isə 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsidir. Bu dairələrdə 6 nəfərin namizədliyi qeydə alınıb.