Texnologiya
"Google" nəhayət Rusiyada monetizasiyanı ləğv etdi
"Google AdSense" kontekstli reklam xidməti Rusiya İnternetində fəaliyyətini tamamilə məhdudlaşdıracaq və Rusiyadan istifadəçi hesablarını deaktiv edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moskva Tayms” məlumat yayıb.
"Biz yerləşdiyi ölkə Rusiya olan bütün AdSense hesablarını deaktiv edirik, bu o deməkdir ki, bu cür hesablar vasitəsilə artıq pul qazanmaq mümkün olmayacaq”, deyə "Google Payments" komandasının açıqlamasında bildirilir.
Mesajda həmçinin əlavə olunur ki, hesab ödənişlərin qəbulu dayandırılmadıqda və ödəniş həddinə çatılmadıqda, iyul ayı gəlirləri avqustun 21-dən 26-a qədər ödəniləcək.
Beləliklə, "YouTube"da işləyən sayt sahibləri və blogerlər "Google AdSense"ə və reklam şəbəkəsinin təqdim etdiyi xidmətlərə girişi tamamilə itirəcəklər.
Xatırladaq ki, Rusiyada 135-dən çox regional telekommunikasiya operatorunun abunəçiləri "YouTube" və digər "Google" xidmətlərinin işində problemlərə görə şirkətlərlə müqavilələri pozmağa başlayıblar. Rusiyalı "YouTube" istifadəçiləri videohostinqin tamamilə dayandırılmasından şikayət edirlər.
Alpər