Digər

Xidmət rəsmisi: “Xəzər sahillərində tufanlar əsasən Abşeron, Mahaçqalada müşahidə edilir”

“Aparılan hidrometeoroloji müşahidələrə və deyə bilərik ki, ilin soyuq dövründə Xəzər dənizində şərq, şimal-şərq və şimal küləkləri, ilin isti dövründə isə qərb, şimal-qərb və bəzi yerlərdə cənub-şərq istiqamətli küləklər üstünlük təşkil edir. Ən sürətli küləklər (tufanlar) Abşeron, Mahaçqala və Manqışlaq ərazilərində müşahidə edilir. Dənizin və ətraf ərazilərin qeyri bərabər qızması və soyuması nəticəsində, xüsusilə onun cənub hissəsində musson və briz küləkləri, Orta və Cənubi Xəzərin qərb sahillərində, dağların sahilə yaxın ərazilərində isə Böyük Qafqaz dağlarından əsən fen küləkləri müşahidə edilir”. Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Xəzər günü" nə həsr olunmuş tədbir zamanı bildirib. O qeyd edib ki, xidmət tərəfindən Xəzər dənizində aparılan hidrometeoroloji müşahidələr onun Azərbaycan sektorunda müxtəlif əraziləri üzrə yerləşdirilmiş, ümumi olaraq 8 ədəd hidrometeoroloji müşahidə stansiya və məntəqələri vasitəsilə həyata keçirilir. "Stansiyaların 4 ədədi demək olar ki, tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Bu müşahidələr vasitəsilə dəniz suyunun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, yağıntının miqdarı və digər məlumatlar qeydə alınır”. Bizim.Media