Digər

Oskar mükafatçısı: "Çəkiliş zamanı 10 sümüyüm sınıb"

Oskar mükafatçısı Halle Berri çəkiliş zamanı aldığı xəsarətlərdən danışıb.  Qaynarinfo xəbər verir ki, 57 yaşlı amerikalı ulduz bunu "Instagram"da yayımlanan və yeni "Union" casus komediyasının buraxılışına həsr olunmuş videoda xatırlayıb. Berrinin sözlərinə görə, o, üç dəfə nokauta düşüb və sınıqların sayı 10-u ötüb. "Mən qolumu və qabırğalarımı iki dəfə sındırdım - bir dəfə iki qabırğa, digərində üç qabırğa. Quyruq sümüyümü, iki barmağımı və bir də bu barmağımı (orta barmağını göstərir-red.) sındırdım", deyə aktrisa bildirib. O, çəkilişlər üçün bir çox döyüş sənətini öyrəndiyini də etiraf edib: jiu-jitsu, Muay Thai, kikboksinq, taekvondo. Həmçinin atəş açmağı öyrənib. Aydın