Digər

Bərdədə tonlarla qarpızı suya tökdülər - VİDEO

Bərdədə satılmadığı iddia edilən tonlarla qarpız suya tökülüb. Bizim.Media xəbər verir ki, bunun bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Bərdə şəhərində bostan sahibləri zəhmətlə yetişdirdiyi məhsulu istədikləri qiymətə sata bilmədiklərindən şikayətləniblər. Onlar qarpızın həddindən artıq ücuz qiymətə təklif olunması ilə razılaşmayıb və onu satmaqdan imtina ediblər. Bostan sahibləri qarpızları ucuz satmaqdansa suya tökməyi məqsədə uyğun hesab ediblər: "İstəmirik, alan yoxdur, hamısını axıdırıq kanala". Sosial şəbəkə istifadəçiləri həm israfçılıq olduğunu, həm də suyu çirkləndirdiyini bildirərək görüntüləri tənqid edib. Bizim.Media