Digər

Azərbaycanlı qapıçı “Barselona”da debüt etdi

Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadənin formasını geyindiyi “Barselona” B komandası “Korneliya” ilə yoldaşlıq görüşünə çıxıb.  Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 3:0 məğlub edib. Yığmamızın qolkiperi də bu matçda “Barsa”nın heyətində debüt edib.  Matçın son 30 dəqiqəsində meydana çıxan Tağızadə qapısını toxunulmaz saxlaya bilib.  Qeyd edək ki, oyunu "Barselona"nın baş məşqçisi Hans-Diter Flik, eləcə də klubun idman direktoru Deko izləyib. Rəşad Rafiqoğlu, Bizim.Media