Siyasət
"Mandat.az" fəaliyyətə başladı - Səs ver, namizədinə dəstək ol!
Azərbaycanda 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı yeni sayt fəaliyyətə başlayıb.
Qaynarinfo xəbər verir ki, "Mandat.az" portalı sorğu saytı kimi fəaliyyət göstərəcək.
Saytda bütün dairələr üzrə sorğu keçirilir. Siz burda istənilən namizədə səs verməklə onu ilk pillələrə qaldıra bilərsiniz.
"Mandat.az" rəsmi sayt deyil və seçkilərin nəticəsinə heç bir formada təsir etməyəcək. Məqsəd seçkinin təbliğatına, namizədlərin tanınmasına və seçici fəallığının artmasına nail olmaqdır.
Siz "Qaynarinfo.az" saytı vasitəsi ilə də sorğuda iştirak edə bilərsiz - LİNK
"Mandat.az" vasitəsi ilə birbaşa səs vermək istəyənlər bu LİNK-i tıklamalıdır.