Göygöldə kanaldan qadın meyiti tapılıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, çayın Topalhəsənli kəndindən keçən hissəsində 2001-ci il təvəllüdlü Kəmalə Əlizadənin cəsədi aidiyyəti qurumların əməkdaşları tərəfindən çıxarılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu