Dünya

Türkiyənin milli müdafiə naziri İsrail və İrana ÇAĞIRIŞ ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Güler İsrail və İrana çağırış edib. Bizim.Media xəbər verir ki,Güler bu barədə “Habertürk”ə müsahibəsində deyib. O qeyd edib ki, son zamanlar tərəflər arasında gərginlik artıb: “Amma bu, regionumuz üçün çox təhlükəlidir. Mən hər iki tərəfi ağıllı və məntiqli davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq bezib, yorulub”. Bizim.Media