Siyasət
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü (YENİLƏNİB)
Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
10.24
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:
- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
- Təşkilati məsələlər.