Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən geyim malları anbarında yanğın baş verməsi barədə məlumat daxil olub. Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın nəticəsində təkrar istehsalı nəzərdə tutulan geyim malları ümumilikdə 700kv.m. sahədə yanıb. Anbar və geyim malları yığılmış digər kisələr yanğından mühafizə olunub. Bizim.Media