Türkiyə Superliqasında ikinci tura start verilib. Bizim.Media xəbər verir ki, turun açılış matçında son çempion “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub. Rəqibini məğlub edən İstanbul təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb. “Konyaspor” - “Qalatasaray” - 1:2 Qollar: Kərəm Aktürkoğlu, 41 (0:1), Oğulcan Ulqun, 45 (1:1), Barış Alper Yılmaz, 59 (1:2) Bu nəticədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində liderdir. “Konyaspor” isə 3 xalla beşinci pillədə qərarlaşıb. Bizim.Media