Digər

PSJ “Atalanta”nın futbolçusu ilə danışıqlara başladı

"Atalanta"nın hücumçusu Ademolo Lukman karyerasını Fransada davam etdirə bilər. Bizim.Media xəbər verir ki, PSJ nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Parislilər artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Lukman özü PSJ-də oynamağa isti yanaşır. Liqa 1 nəhəngi 26 yaşlı forvard üçün İtaliya klubu ilə danışıqlara başlayacaq. Qeyd edək ki, "Atalanta" Ademolo Lukmanı 2022-ci ilin yayında "Leypziq"dən transfer edib. Nideriya millisinin üvvü Berqamo təmsilçisinin heyətində keçirdiyi 79 rəsmi matçda 33 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir. Rəşad Rafiqoğlu, Bizim.Media