Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Nizami və Xətai rayonlarında da suyun verilməsində fasilə yaranacaq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya daxil olan məlumata görə avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq. Qeyd edək ki, daha əvvəl Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacağı bildirilmişdi. Bizim.Media