Siyasət
Putin: "Rusiya sülhün imzalanması üçün nəsə edə bilsə, şad olar"
"Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır".
APA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib."
"Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar", deyə Rusiya prezidenti vurğulayıb
Putin Azərbaycana səfərindən sonra prezident İlham Əliyevlə danışıqların nəticələrini Erməsitanın baş naziri Nikol Paşinyana deyəcəyini vurğulayıb.