Xəbər verdiyimiz kimi Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib. Bizim.Media xəbər verir ki, Putinə təqdim edilən ziyafətin menyusu yayılıb, Rusiya liderinə ilkin olaraq, qara ikra, kükü, badımcan ləvəngisi, qızardılmış badımcan salatı, ayranaşı (Azərbaycan milli mətbəxinə məxsus soyuq şorba), qızardılmış düşbərə təqdim edilib. Bundan əlavə süfrəyə ət və göy qutabları düzülüb. Ana yemək olaraq, Putinə milli mətbəximizdən üzüm və pip yarpağından dolma təqdim edilib. Menyuda həmçinin kartofla qızardılmış çay fareli, təndirdə qızardılmış keçi yer alıb. Son olaraq isə süfrəyə milli şirniyyatlar təqdim edilib. Qeyd edək ki, Putinə “Savalan Sauvognon Blanc”2022 və “Meysari Makhmari”2020 şərabları da verilib. Bizim.Media