Siyasət
"Milli Məclisdə sizin səsiniz olacağam" - Seçicilər Rauf Qurbanovu izdihamla qarşıladı
88 saylı Şamaxı seçki dairəsindən namizəd olan polkovnik-leytenant Rauf Qurbanovun təbliğat və təşviqat kampaniyası uğurla davam edir.
Qaynarinfo xəbər verir ki, Rauf Qurbanov kampaniya çərçivəsində Şamaxının Dağ Göylər və Mədrəsə kəndlərinin seçiciləri ilə görüşüb.
Rauf Qurbanov hər kənddə izdihamla qarşılanıb. Polkovnik-leytenant görüş zamanı çıxışında bildirib ki, seçkilərə qatılmaqda məqsədi millət vəkili olub Şamaxının problemlərinin həllinə çalışmaqdır.
Rauf Qurbanov deyib ki, deputat mandatı ona hansısa əlavə imtiyazlar qazanmaq üçün lazım deyil.
"Mənim millət vəkili seçilib biznesmen olmaq, şəxsi problemlərimi həll etmək kimi niyyətim yoxdur. Əslən Şamaxı şəhərindənəm. Şamaxının özü də, insanları da mənə əzizdir. Bir şamaxılı kimi mən də doğma yurdumun problemlərinin həllinə nail olmağa çalışırıram. Mən dövlətimizə inanıram və əminəm ki, dövlətimiz də bu problemlərin həllində maraqlıdır. Sadəcə problemlərə dügün yanaşmaq, şəxsi mənfəətləri önə çəkmədən insanları narahat edən halları dövlətin diqqətinə çatdırmaq lazımdır. Millət vəkilinin də işi məhz budur. Mən hər zaman demişəm ki, millət vəkili dövlətlə xalqın arasında körpü rolunu oynamalıdır. Ona görə də əmin ola bilərsiniz ki, Milli Məclisdə sizin səsiniz olacağam!", - deyə Rauf Qurbanov vurğulayıb.
Seçicilər də üzləşdikləri problemləri namizədin diqqətinə çatdırıblar. Məlum olub ki, onları narahat edən məsələlər əsasən yol, su və s. bu kimi sosial problemlərdir.
Rauf Qurbanov millət vəkili seçiləcəyi təqdirdə bu problemləri yuxarı instansiyaların diqqətinə çatdıracağnı və həllinə nail olmaq üçün çaba göstərəcəyini bəyan edib.
Rauf Qurbanov uzun illər Fövqəladə Hallar Nazirliyində (FHN) müxtəlif vəzifələrdə işləyib. Hazırda ehtiyatda olan polkovnik-leytenandır.