Siyasət

Türkiyəli politoloq: “Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları Bakıda keçirilə bilər”

“Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları Bakıda keçirilə bilər”. Bizim.Media xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer RİA Novosti-yə müsahibəsində bildirib.  

"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çox anlamlıdır. Azərbaycan prezidenti İlham Əliyevin Rusiya ilə balans siyasəti məlumdur. Digər tərəfdən, Bakı administrasiyası Qoşulmama Hərəkatının üzvüdür. Yaxın gələcəkdə, Volodimir Zelenskinin Bakıya səfəri heç də təəccüblü olmayacaq”, - deyə Özer qeyd edib.

O bildirib ki, hər iki tərəfin (həm Rusiya, həm Ukrayna - red.) etibar edə biləcəyi Azərbaycan bu ilin sonunda baş tuta biləcək sülh danışıqları üçün çox yaxşı platforma yarada bilər. Bizim.Media