Texnologiya
Süni intellekt modelinə öskürək səsi ilə xəstəliyi aşkar etmək öyrədildi
"Google Health Acoustic Representations" (HeAR) modeli tədqiqatçılara audio analizdən istifadə edərək həyat üçün təhlükəli olan xəstəlikləri - vərəm və başqalarını müəyyən etməyə kömək edir.
Qaynarinfo xəbər verir ki, "Google" mart ayında bioakustik istinad modelini, "Health Acoustic Representations" (HeAR) təqdim edib. HeAR ilə bağlı yeni hesabatda şirkət Hindistanın "Salcit Technologies" şirkətinin tədqiqatçılarının "Swaasa" proqramı vasitəsilə tənəffüs xəstəliklərini, xüsusən də vərəmi və xroniki obstruktiv ağciyər xəstəliklərini müəyyən etmək üçün süni intellekt modelindən istifadə etdiyini bildirib.
"Biz xüsusi olaraq təxminən 100 milyon öskürək səsindən istifadə edərək öskürək üçün bir model hazırladıq", - "Google"dan bildirlib.
"Google"un baş mühəndisi Şravya Şetti deyir ki, diaqnostikanın təkmilləşdirilməsi vərəmə son qoymaq üçün çox vacibdir və süni intellekt bu işdə mühüm rol oynaya və müalicəni bütün dünyada insanlar üçün daha əlçatan etməyə kömək edə bilər.
"Vərəm müalicə oluna bilən xəstəlikdir, lakin hər il milyonlarla xəstəyə çox vaxt insanların səhiyyə xidmətlərinə asan çıxışı olmadığı üçün diaqnoz qoyulmur”, - Şetti deyir.
Şirkət onun yanaşmasının müxtəlif müvafiq təşkilatların, o cümlədən 2030-cu ilə qədər vərəmə son qoymaq məqsədi ilə mütəxəssisləri bir araya gətirən StopTB Tərəfdaşlığının dəstəyinə malik olduğunu söyləyib.
Alpər