Digər

Rusiyalı keçmiş deputat SAXLANILIB

Rusiyalı milyarder, xeyriyyəçi və keçmiş deputat Dmitri Volodin saxlanılıb. Bizim.Media ölkə mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Bildirilib ki, sabiq deputat "Rosreyestr"in əməkdaşına rüşvət verməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanlarının əməkdaşları Volodinin evində axtarışlar aparıblar. Qeyd edək ki, iş adamı "Ədalətli Rusiya"nın regional bölməsinin deputatı olub. Onun ölkədə 10-dan çox şirkəti var. Bizim.Media