Digər

Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri AÇIQLANDI - FOTO

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb. Bizim.Media xəbər verir ki, bu barədə Texniki Universitetin rektoru Vilayət Vəliyev öz sosial şəbəkə hesabında məlumat paylaşıb.  O bildirib ki, nəticələr gözləniləndən də yüksək oldu:  “Kompüter mühəndisliyi: ən yüksək nəticə - 684.9, ən aşağı nəticə 641.6, Sənaye mühəndisliyi: ən yüksək nəticə 663.7; ən aşağı nəticə 544.4, Qida mühəndisliyi: ən yüksək nəticə 632.8; ən aşağı nəticə 452.1.”  Bizim.Media