Dünya
2050-ci ilə qədər 50 UNESCO abidəsi məhv ola bilər - Qlobal istiləşmə
Qlobal istiləşmə səbəbindən hazırda məşhur turist məkanları olan UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş 50 obyekt 2050-ci ilə qədər Yer üzündən yox ola bilər.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, daşqınlar, sahil eroziyası, sürüşmələr, küləklər, tufanlar və siklonların dünyadakı attraksionlara necə təsir edəcəyini proqnozlaşdırmaq üçün iqlim modellərindən istifadə edən "Climate X" tədqiqatçıları belə nəticəyə gəliblər.
"Bizim tapıntılar hökumətlərə, təbiəti mühafizə edənlərə və dünya ictimaiyyətinə planetimizi - qədim abidələrimizi, mövcud aktivlərimizi və infrastrukturumuzu qorumaq, bu gün və gələcəkdə həyatı saxlamaq üçün prioritetlərin verilməsi zərurəti ilə bağlı ciddi xəbərdarlıq rolunu oynayır", deyə "Climate X"in direktoru və həmtəsisçisi Lukki Əhməd bildirib.
Siyahının birinci yerində İndoneziyanın Bali adasında yerüstü daşqınlara, həddindən artıq isti günlərə və quraqlıq riskinə qarşı həssas olan Subak sel düzənliyindəki çəltik suvarma sistemi qərarlaşıb.
Sonrakı yerləri yerüstü daşqınlar və meşə yanğınları riski ilə üzləşən Avstraliyadakı Kakadu Milli Parkı və quraqlıqdan əziyyət çəkə biləcək Çinin Quanzhou qədim ticarət mərkəzi tutur.
Siyahıya daxil olan digər əsas yerlər arasında Avstraliyadakı Sidney Opera Evi, ABŞ-da Olimpiya Milli Parkı, Fransadakı Fontainebleau Abbey, İsveçrədəki Jungfrau Alek Alp dağları, Almaniyanın Essen şəhərində istifadəsiz Zolfrein mədəni, Bolqarıstandakı Srebirna Təbiət Qoruğu, Rumıniyadakı Dunay Deltası, Qərbi Norveçin fyordları, Hindistanda Günəş Məbədi (Konarak), Cənubi Koreyadakı Sansa Buddist dağ monastırları və s. yer alıb.
Aydın