Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı imzalanan bir sıra sənədlər arasında Azərbaycanın iki rayonunun Özbəkistanın iki şəhəri ilə qardaşlaşması məsələsi də müzakirə olunub. Quba şəhəri ilə Özbəkistanın Cizak şəhərinin qardaşlaşması barədə hər iki ölkənin dövlət başçıları birgə sənəd imzalayıb. Bu barədə Bizim.Media-ya Quba rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, il olaraq Cizak şəhəri ilə Qubanın nümayəndə heyətlərinin qarşılıqlı səfər edəcəyi qərara alınıb. Həmin görüşlərdə rayonların iqtisadi, mədəni və digər sahələri üzrə tanışlıq olacaq. Bundan sonra Qubanın Cizak şəhəri ilə müxtəlif sahələr üzrə əməkdaşlığa start veriləcək. Həmin sahələr tanışlıq prosesindən sonra baş tutacaq. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu