Digər

İki oyunda 14 qol vurdu, üçüncüdə uduzdu - "Araz-Naxçıvan" ÇL-də mübarizəni dayandırdı

Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçına çıxıb. Qaynarinfo xəbər verir ki, Vitali Borisovun komandası B qrupunda İsveç "Uddevalla”sı ilə qarşılaşıb və 3:4 hesabı ilə uduzub. Bununla da, təmsilçimiz turnirdə mübarizəni dayandırıb.  Reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. "Uddevalla” növbəti mərhələyə adını yazdırıb. Qeyd edək ki, "Araz-Naxçıvan" ilk matçında Şimali İrlandiya təmsilçisi "Sparta Belfast”a 7:1, Estoniya çempionu "Sillamae Silla”ya isə 7:0 hesabı ilə qalib gəlib.