Texnologiya
Alimlər elektronikada zəhərli qurğuşuna təhlükəsiz alternativ tapdı
Veyzmann İnstitutunun alman alimləri toksik olmayan keramika və elektronikada istifadə edilən zəhərli qurğuşuna alternativ ola biləcək serium və sirkonium hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.
Yeni material elektrik sahəsinin təsiri altında deformasiyaya uğrayan, stress və yüklərə məruz qalan maddələr sinfinə aiddir. Məsələn, cib telefonlarında stress nəticəsində yaranan cüzi deformasiya şarj prosesini işə sala və ya avtofokus yaratmaq üçün lensi hərəkət etdirə bilər. Sənaye inkjet printerlərində gərginlik tətbiq edildikdə lövhə əyilir və idarə olunan miqdarda mürəkkəb buraxır.
Hazırda əsas mexanizmdən asılı olaraq elektrostriktorlar və ya piezoelektriklər kimi tanınan bu cür deformasiyalara məruz qalan materiallar qurğuşun çirklənməsinin əsas mənbəyi olaraq qalır. Elektrostriktiv və piezoelektrik komponentlər adətən təkrar emal etmək üçün çox kiçik olduğundan, tonlarla qurğuşun müntəzəm olaraq poliqonlara düşür.
Komanda müəyyən şərtlər altında serium oksidinin elektrostriktiv təsirinin məlum məlumatlardan gözləniləndən təxminən 100 dəfə güclü olduğunu müəyyən edib. Sirkoniumun əlavə edilməsi ilə elektrostriksiya 200 dəfə artırıb.
Alimlərin fikrincə, yeni keramika üçün xammal ucuzdur və asanlıqla əldə edilir. Həm serium, həm də sirkonium Yer qabığında nisbətən geniş yayılmışdır və müxtəlif sənaye tətbiqləri üçün bütün planetdə hasil edilir. Məsələn, serium oksidi linzaları cilalamaq üçün toz şəklində və avtomobillərdə zərərli emissiyaları azaldan katalitik çeviricilərdə katalizator kimi istifadə olunur.
Tədqiqatçılar qeyd ediblər ki, onların yaratdığı material praktiki istifadə üçün hələ də kifayət qədər öyrənilməyib. Onun xassələrini aydınlaşdırmaq üçün əlavə təcrübələr tələb olunacaq.
Aydın