Bakı Tehranla dostluq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətindədir. Bizim.Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov İranın yeni XİN rəhbəri Abbas Araqçi ilə telefon danışığında bildirib. Azərbaycan naziri iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu da qeyd edib. İranlı nazir Azərbaycanla qarşılıqlı faydalı əlaqələrinin inkişaf etdirilməsini ölkəsinin xarici siyasətinin prioritetlərindən biri adlandırıb. XİN başçıları bölgə və beynəlxalq gündəmi müzakirə ediblər. Bizim.Media