Dünya

İDDİA: Pavel Durovun təyyarəsini Fransız hakimiyyət orqanları zorla hava limanına endirib

İddiaya görə, Telegram-ın qurucusu Pavel Durov Le Burje hava limanında jandarmların onu gözlədiyini bilirmiş. Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb. Mənbə qeyd edir ki, o, Fransanın Reyms şəhəri üzərində ikən Parisə enməmək üçün təyyarəni yönləndirmək istəyib. Bunu Flightradar24-ün məlumatları sübut edir. “Telegram” sahibinin şəxsi təyyarəsi planlaşdırılan enişdən 20 dəqiqə əvvəl çevrilərək Fransanın cənubuna göndərilib. Üstəlik, beş dəqiqə sonra iş adamının təyyarəsi Parisdəki Le Burjeyə aparan dəhlizə qayıdıb. Başqa bir versiyaya görə, Fransız hakimiyyət orqanları və hava nəqliyyatı dispetçerləri pilotları enməyə məcbur ediblər. Durovun təyyarəsində yəqin ki, Fransadan uçmaq üçün kifayət qədər yanacaq olmayıb. Bizim.Media