“Telegram”ın və ya onun sahibinin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığına dair iddialar absurddur. Bizim.Media xəbər verir ki, bu barədə “Telegram News” kanalının məlumatında deyilir. Qeyd olunub ki, “Telegram” Avropa Birliyinin, o cümlədən Rəqəmsal Xidmətlər Aktının qanunlarına əməl edir: “Onun moderasiyası sənaye standartlarına cavab verir və daim təkmilləşdirilir. “Telegram”ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur və o, tez-tez Avropanı gəzir”, deyə o, qeyd edib. Bizim.Media