"Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasından asılıdır. Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh istiqamətində səmimi səyləri dəstəkləyirik və bunun tezliklə müsbət nəticələnməsini arzulayırıq". Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. "Türkiyə hər zaman haqq işində Azərbaycan xalqının yanında olub. Azərbaycanla sarsılmaz həmrəyliyimizi ən yüksək səviyyəyə qaldıracağıq". Bu gün bütün Qarabağda dalğalanan şanlı Azərbaycan bayrağından və həyata keçirilən antiterror əməliyyatından böyük məmnunluğumuzu bildiririk”, - deyə Y. Gülər bildirib. Bizim.Media