Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 26-da dərc etdiyi Meymunçiçəyi ilə Mübarizə Planı (“mpox”) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-nin baş qərargahı məlumat yayıb. Məlumata görə, mövcud plan cari ilin sentyabrından gələn ilin fevralına qədər olan altı aylıq dövrü əhatə edir. Vəsaitin ayrılması üçün yaxın vaxtlarda beynəlxalq ictimaiyyətə müraciət təqdim olunacaq. Qeyd edilib ki, peyvənd ən çox risk altında olanlara, o cümlədən yaxın təmasda olanlara və səhiyyə işçilərinə yönəldiləcək. Bizim.Media