Dünya

BMT Qəzzaya humanitar yardımın çatdırılmasını dayandırdı

İsrailin Deyr əl-Bəlah şəhərinin bir neçə bölgəsinin boşaldılması əmrindən sonra BMT əməkdaşları Qəzza zolağının sakinlərinə humanitar yardım göstərməyi dayandırıblar.  Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” təşkilatın yüksək rütbəli rəsmisinə istinadən yazır.   BMT humanitar fəaliyyətlərinin böyük hissəsini Deyr əl-Balahda əlaqələndirir. BMT rəhbərliyi humanitar yardımın dayandırıldığını rəsmən elan etməyib, lakin indiki şəraitdə bu iş mümkün deyil, nəşrin həmsöhbəti bildirib. BMT nümayəndələri vəziyyətin həlli üçün İsrail rəsmiləri ilə əlaqə saxlayır. Yardımın dondurulması BMT-nin maliyyələşdirdiyi və bu həftənin sonunda başlaması planlaşdırılan peyvənd səylərini poza bilər. Bunun üçün Qəzza zolağına 1,255 milyon doza poliomielit peyvəndi çatdırılıb.  Nizami Bağırov