Dünya
ISW Ukraynanın vura biləcəyi 245 Rusiya hərbi obyektini göstərdi
Rusiyanın ATACMS-in əhatə dairəsi daxilində yerləşən aerodromlardan döyüş təyyarələrini uzaqlaşdırması, Ukraynanın ABŞ-a Rusiya Federasiyası ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə tələbinin əhəmiyyətini azaltmır, çünki ATACMS-in əhatə dairəsinə 245 Rusiya hərbi və hərbiləşdirilmiş obyekt daxildir, bunlardan yalnız (6,5%) aviabazalardır.
Bu barədə Qaynarinfo Müharibə araşdırmaları İnstitutuna (ISW) istinadən xəbər verir.
ISW, ABŞ-ın Ukraynanın ATACMS-dən istifadə məhdudiyyətlərinin Ukraynanın Rusiyadakı mühüm hərbi infrastruktura zərbə vurma qabiliyyətini nə dərəcədə məhdudlaşdırdığını göstərmək üçün koordinatları və interaktiv xəritəni göstərən bu cür obyektlərin siyahısını təqdim edib.
İnstitut, ABŞ-ın anonim rəsmilərinin Rusiya döyüş təyyarələrinin ATACMS-in əhatə dairəsi daxilində olan aerodromlardan uazqlaşdırması ilə bağlı "Politico”nun yazısına diqqət çəkir. Bildirilir ki, Rusiya qoşunları idarə olunan bombaları daşıyan təyyarələrin 90%-ni Storm Shadow və ATACMS raketlərinin əhatə dairəsindəki aerodromlardan uzaqlaşdırıb.
ISW-nin məlumatına görə, Rusiyanın 16 aviabazası Ukraynanın ATACMS zonasında yerləşir və İnstitut Rusiya təyyarələrinin aerodromlardan yerlərinin dəyişdirilməsinin təsdiqini görüb.
Bununla belə, ISW analitikləri qeyd edirlər ki, təyyarələrin uzaqlaşdırılması Ukraynanın yüzlərlə digər Rusiya hərbi obyektlərinə qarşı ATACMS istifadə etməsinə icazə verilməsinin vacibliyini azaltmır.
HIMARS-ın maksimum əhatə dairəsinə 20 belə obyekt daxildir. Ən azı 225 məlum obyekt ATACMS-ın əhatə dairəsindədir. ATACMS-in əhatə dairəsindəki tanınmış Rusiya hərbi obyektlərinin ən azı 209-u (245% - dən çoxu) aviabazalar deyil.
Nizami Bağırov