Siyasət

Putin İlham Əliyevlə Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kreml yayıb. Mənbə qeyd edir ki, Rusiya və Azərbaycan liderləri regiondakı vəziyyəti, Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə ediblər. Vladimir Putin Rusiyanın Bakı və İrəvana nizamlanma üçün həll yollarının işlənib hazırlanmasında yardıma davam etməyə hazır olduğunu bir daha təsdiqləyib. Dövlət başçıları Rusiya Prezidentinin Azərbaycana son dövlət səfərinin uğurlu nəticələrindən də məmnunluq ifadə ediblər. Bizim.Media