İranda tanınmış siyasi təhlilçi Əhməd Zeydabadi prezident seçkiləri öncəsi yazdığı kitabları tanıtmaq üçün Təbrizə getdiyini, ancaq orada çıxış etməsinə icazə verilmədiyini dilə gətirib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram kanalı yayıb. Analitik İran prezidenti Məsud Pezeşkiana çağırış edərək bildirib ki, onun prezidentliyi ilk növbədə təhlükəsizlik və hüquq-mühafizə orqanlarının lazımsız məhdudiyyətlərini aradan qaldırmaq üçün bir fürsətdir. Məsud Pezeşkianın prezident seçilməsinin ölkədə canlı siyasi atmosfer yaratmağa, İranın bütün etnik qruplarında fəallıq hissini oyatmağa kömək edəcəyini vurğulayan Əhməd Zeydabadi qeyd edib: “Ümid edirəm ki, Məsud Pezeşkian bu məsələlərə xüsusi diqqət yetirər. Onun təbrizli olması bütün Azərbaycanda, o cümlədən Təbrizdə yeni siyasi coşqu yaradıb”. Bizim.Media