Dünya
"Hubble" mərkəzində nəhəng qara dəlik olan qalaktikanın şəklini çəkdi
"Hubble” Kosmik Teleskopu Zürafə bürcündə yerləşən UGC 3478 spiral qalaktikasının fotosunu çəkib. Onun mərkəzində superkütləvi qara dəlik yerləşir.
Qaynarinfo Avropa Kosmik Agentliyinə (ESA) istinadla xəbər verir ki, UGC 3478 eyni zamanda Seyfert qalaktikası da adlandırılır, çünki onun tərkibində aktiv ulduz kimi nüvə var.
"Ulduzlarla dolu uzun spiral qollara və onları kəsən tünd toz saplarına baxdıqda, gözləriniz UGC 3478-in mərkəzindəki parlaq nöqtəyə tutula bilər.
Bu nöqtə qalaktikanın nüvəsidir və bunda həqiqətən də xüsusi bir şey var: bu, astronomların aktiv qalaktika nüvəsi adlandırdıqları böyüyən superkütləvi qara dəlikdir”, - ESA bildirib.
Parlaqlıq qalaktikanın mərkəzindəki superkütləvi qara dəliyi gizlədir. Qaz diski bu qara dəliyə spiral olaraq daxil olur və material bir yerə yığılıb qızdıqca çox güclü işıq saçır.
Qalaktika Yerdən 128 işıq ili uzaqlıqda yerləşir.
Astronomlar ümid edirlər ki, bu təsviri yaratmaq üçün istifadə olunan məlumatlar qalaktikaların mərkəzlərindəki superkütləvi qara dəliklərlə necə qarşılıqlı əlaqədə olduğunu anlamağa kömək edəcək.
Bundan əvvəl "Hubble” Yerdən 45 milyon işıq ili uzaqlıqda yerləşən cırtdan qalaktikanın parıltısını çəkmişdi.
Alpər