Siyasət

Elşən Gəncəvi seçicilərlə dinləmə görüşü keçirdi (FOTO)

1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçicilərlə dinləmə görüşünü keçirdi. İqitisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) deputatlığa namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb. Dinləmə görüşündə Şəhid Ramil İsmayılovun atası İsmayıl İsmayılov deputatlığa namizəd Elşən Gəncəviyə (Nəcəfov Elşən Hökumət oğlu) öz xeyir-duasını verdi. Dinləmə görüşündə Demokratik İslahatlar Partiyasının Siyasi Şuranın üzvü və 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Orxan Nəbiyev iştirak edərək, iştirakçılarla geniş fikir mübadiləsi apardı. Dinləmə görüşündə çıxış edən seçicilər Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) Gəncə şəhəri üçün tanış sima və uğurlu namizəd olduğunu vurğulayaraq, onun seçki kampaniyasında əks olunan fikirləri dəstəklədiklərini bildiriblər. Eyni zamanda bildiriblər ki, Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçki kampaniyasında nəzərdə tutduğu təklif və fikirlərin həll üçün bütün qüvvəsi ilə çalışacağından əmindirlər. Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) çıxışında Gəncəni yaxşı tanıdığını, bu şəhərdə görülən işləri, şəhərin problemlərini bildiyini və həlli ilə bağlı müxtəlif təkliflər paketinin olduğunu bir daha seçicilərin diqqətinə çatdırıb. Dinləmə görüşü qarşılıqlı müzakirə şəklində davam edib. Görüşün sonunda deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) səmimi münasibət üçün seçicilərə təşəkkür edib. Elşən Gəncəvi "Ganjavi Holding”in prezidenti, "Najafsoy Group”un direktoru, "Ganjavi Media”nın və "Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür. "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Public” və "Gəncəvi” jurnallarının təsisçisi, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib. Elşən Gəncəvi "Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir. Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb. Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub. Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub. Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb. Tükiyənin İstanbul şəhərində "Altın Melek Ödülleri 2021” layihəsində "YILIN EN BAŞARILI İŞ ADAMI” və "Turkey Exclusive Awards 2022” layihəsində "AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.