Siyasət
"Şəhid ailələrinə baş çəkmək bizim mənəvi borcumuzdur" - Rauf Qurbanov
88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Rauf Qurbanov seçki kampaniyası dövründə şəhid ailələrinə də baş çəkib.
Qaynarinfo xəbər verir ki, Rauf Qurbanovun şəhid ailələri ilə görüşü təbliğan kampaniyası bağlı olmayıb.
Deputatlığa namizəd bildirib ki, bu, sadəcə mənəvi borcdur. "Şəhid ailələrinə baş çəkmək hər bir vətəndaşın mənəvi borcudur. Mən də özümə borc bilib Şamaxıda şəhid ailələri ilə görüşmüşəm. Bu görüşlərin təbliğat kampaniyama heç bir aidiyyəti yoxdur. Yəni, mən şəhid ailələrinə onlardan səs istəməmişəm. Səs versələr də, verməsələr də, onlar mənim başımın tacıdır", deyə Rauf Qurbanov bildirib.
O, şəhid ailələri ilə görüşdə onları narahat edən problemlərlə maraqlanıb. "Söhbətləşdik, dərdləşdik. Onları narahat edən problemlərlə maraqlandıq. Seçkidən ümumiyyətlə danışmadıq. Çünki bir daha deyirəm ki, məqsəd seçki deyildi. Şəhid ailələri hər zaman mənim diqqətimdə olub", deyə namizəd vurğulayıb.
Rauf Qurbanovun şəhid ailələri ilə keçirdiyi görüşlərdən fotoları təqdim edirik: