Siyasət

İlham Əliyev BRİCS sammitinə DƏVƏT OLUNDU

“Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub”. Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib. Ryabkovun sözlərinə görə, Rusiya Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətini dəstəkləyir:  

Ryabkov onu da əlavə edib ki, Azərbaycan lideri İlham Əliyev oktyabrda Kazanda keçiriləcək birləşmə sammitinə dəvət olunub. Qeyd edək ki, Azərbaycan BRİCS-ə qoşulmaq üçün avqustun ortalarında rəsmi müraciət edib. Bizim.Media