Siyasət

Rusiya səfiri: "Azərbaycan və Ermənistan hakimiyyətinin rəsmi bəyanatlarına əsasən..."

"Rusiya gözləyir ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh müqaviləsi imzalayacaq. Bu, Cənubi Qafqazda davamlı sülhə doğru bir addım olacaq".  Qaynarinfo xəbər ki, bunu Rusiyanın Bakıdakı səfiri Mixail Evdokimov "RİA Novosti" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan hakimiyyətinin rəsmi bəyanatlarına əsasən, ölkələr arasında sülh müqaviləsi layihəsi praktiki olaraq razılaşdırılıb. Evdokimov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin avqustun 18-də Bakıya səfəri zamanı Moskvanın sazişin imzalanmasına töhfə verməkdən məmnun qalacağını vurğulayıb. Səfir bunun mümkün qədər tez baş verəcəyinə ümid etdiyini bildirib, çünki bu, regionda davamlı sülh və rifahın əldə olunması istiqamətində mühüm addım olacaq. Qeyd edək ki, iyunun 27-də Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi üzrə on birinci təkliflər paketini Ermənistana təhvil verib.  Aydın