Parataekvondoçu Sabir Zeynalov Azərbaycanın paralimpiya tarixinə düşüb. Bizim.Media xəbər verir ki, bu barədə Taekvondo Federasiyasından məlumat verilib. Bildirilib ki, 58 kq çəkidə mübarizə aparan 19 yaşlı idmançı buna Paris-2024 Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməklə nail olub.
Qeyd edək ki, Azərbaycanı Fransa paytaxtında 3 parataekvondoçu təmsil edir. Paris-2024 Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq. Bizim.Media