Siyasət

Demarkasiya üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsi bu tarixdə dərc olunacaq - RƏSMİ

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsi sentyabrın 2-də dərc olunacaq.  Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.  Bildirilib ki, daha sonra əsasnamə Ermənistanın Konstitusiya Məhkəməsinə, orada müsbət qərar qəbul olunarsa, ratifikasiya olunmaq üçün parlamentə göndəriləcək.  Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə bu gün, avqustun 30-da imzalanıb.  Bizim.Media