Rusiyanın Kamçatka vilayətində avqustun 31-də radardan itmiş helikopterin qalıqları tapılıb. Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Helikopterin qəzaya uğradığı açıqlanıb. İlk məlumatlara görə, helikopterin qalıqları havadan aşkar edilib. İnsanların taleyi ilə bağlı hələ heç bir məlumat verilməyib. Qeyd edək ki, göyərtəsində 22 nəfər (üç ekipaj üzvü və 19 sərnişin) olan Mi-8 helikopteri Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib. Bizim.Media