Digər

İmişlidə 112 yaşlı seçici səs verdi – FOTO

81 saylı İmişli seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər Milli Məclisə növbədənkənar keçirilən seçkilərdə səs verib.  Bizim.Media xəbər verir ki, 1912-ci il təvəllüdlü Məmmədova Cahan Həsən qızı rayonun Qaraqaşlı kənd sakinidir.  112 yaşlı seçici qeydiyyatda olduğu ərazi üzrə 29 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.  İlhamə Əli, Bizim.Media